“Real” “Liverpul”un müdafiəçisinə elçi düşüb. Madridlilər Trent Aleksander-Arnoldu heyətinə qatmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, İspaniya nəhəngi müdafiənin sağ cinahındakı problemlərə birdəfəlik çarə tapmaq üçün İngiltərə millisinin üzvünə göz dikib. “Real” onun üçün 70 milyon funt-sterlinqlik təklif paketi hazırlayır. “Liverpul” qəbul edərsə, bu qış, əks halda mövsüm bitən kimi transfer reallaşa bilər.

Mersisaydlıların akademiyasında yetişən 25 yaşlı cinah oyunçusu klubu dəyişməyin əleyhinə deyil. O, “Liverpul”la 2025-ci ilin yayında bitəcək müqavilənin müddətini uzatmaqda tərəddüd edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp