“Kim millidə oynamaq istəmir ki? Əlbəttə, dəvət gözləyirdim” – bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Orxan Əliyev deyib.

O, yığma komandanın AÇ-2024-ün seçmə mərhələsində İsveç və Belçikaya qarşı keçirəcəyi oyundan danışıb: “Həmişə dəvəti gözləmək lazımdır. Çağırmaslar belə, ruhdan düşmürəm, öz üzərimdə işləyirəm. Artırmağa çalışıram. Daim özümü yaxşı tərəfdən göstərmək istəyirəm”.

Əliyev yığma komandaya dəvət almamağına da toxunub: “Milliyə həqiqətən daim oynayanlar, formada olanlar çağırılır? Əgər elədirsə, mən susuram. Futbol ictimaiyyətinin, insanların gözü tərəzidir. Onlar qiymət versin hər şeyə. Mən isə işimi layiqincə görməyə çalışıram”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp