“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Orxan Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Son oyunda “Kəpəz”ə gözlənilməz şəkildə 0:1 hesabı ilə uduzdunuz. Məğlubiyyəti nə ilə əlaqələndirirsən?

– Futbolda belə şeylər olur. Heç kim uduzmaq istəmir. Oyuna yaxşı hazırlaşmışdıq, bilirdik ki, çox çətin olacaq. Epizodlarımız da var idi. Oyun ərzində qol vurmaq üçün şanslarımız oldu. Amma rəqibin də oyununu dəyərləndirmək lazımdır. Pis çıxış etmədilər.

– “Kəpəz”in autsayder olmasına görə hər kəs sizi açıq-aşkar favorit görürdü…

– Ola bilər ki, kimsə rəqibin çox zəif olduğunu düşünür. Amma heç də elə deyil. Çempionatdakı bütün komandalar rəqibləri üzərində qələbə qazana bilər. Turnir cədvəlinə baxanda bunu görmək mümkündür. Maraqlı mövsümdür, oyunlar gərgin keçir. Kim çox istəkli olursa, qalib gəlir.

– Bundan öncə də “Sumqayıt”a uduzmuşdunuz. İki ardıcıl məğlubiyyət komandaya pis təsir etmir?

– İstər-istəməz təsir edir. Amma biz səhvlərimizin üzərində işləyəcəyik. Nəticə çıxarmaq lazımdır. Oyunlara yüksək motivasiya ilə hazırlaşırıq. Ümid edirəm ki, istəyimizə çatacağıq.

– Milli komandalara görə yaranan fasilə sizə yaxşı təsir edə bilər? Yəni ardıcıl məğlubiyyətlərdən sonra bu aradan istifadə edərək vəziyyəti dəyişə bilərsiniz?

– Vaxtımız var. Hazırlaşacağıq. Çalışacağıq ki, daha yaxşı oynayaq. Səhvlərimizi düzəldəcəyik.

– Milli komanda evdə İsveç və Belçika ilə oynayacaq. Səncə, nəticə qazanmaq mümkün olacaq?

– Təki qalib gəlsinlər. Komandamızın uğuruna hamımız sevinirik. Xal alsaq, təbii ki, şad olacağıq.

– Yığmaya dəvət gözləyirdin?

– Kim millidə oynamaq istəmir ki? Əlbəttə, dəvət gözləyirdim. Həmişə dəvəti gözləmək lazımdır. Çağırmaslar belə, ruhdan düşmürəm, öz üzərimdə işləyirəm. Artırmağa çalışıram. Daim özümü yaxşı tərəfdən göstərmək istəyirəm.

– Aşağı liqalardan gəlib Premyer Liqaya yüksəldin və burda heç də pis çıxış etmirsən. Milliyə çağrılmamaq üzmür səni?

– Həqiqətən daim oynayanlar, formada olanlar milliyə çağrılır? Əgər elədirsə, mən susuram. Futbol ictimaiyyətinin, insanların gözü tərəzidir. Onlar qiymət versin hər şeyə. Mən isə işimi layiqincə görməyə çalışıram.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp