“Mançester Siti” İngiltərə futbolu tarixində rekord gəlir əldə edib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa klubu 2022/2023 mövsümündə 712,8 milyon funt-sterlinq qazanc götürüb.

Bu isə əvvəlki 12 ay ilə müqayisədə 99,8 milyon çoxdur. Mənfəət 80,4 milyon funt-sterlinqdir ki, bu, ötən mövsümdəkindən (41,7 milyon) təxminən iki dəfə artıqdır.

“Şəhərlilər”in futbolçulara ödədiyi maaş da ölkə futbolu tarixində rekord məbləğdə olub – 422,9 milyon funt-sterlinq. Qazanılan titullar oyunçulara əlavə bonuslar ödənilməsinə səbəb olmuşdu. Eyni zamanda, Erlinq Holannın transfer məbləği də bura əlavə edilib. Bir il əvvəl klubun maaş fondu 69 milyon az olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp