İsveç yığmasının futbolçusu Viktor Lindelöf AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə sabah keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi hədəflərinin 3 xal qazanmaq olduğunu deyib:

“Təəssüf ki, final mərhələsinə çıxmaq şansımız yoxdur. Buna baxmayaraq, sabahkı oyuna eyni mentalitetlə çıxacağıq. Rəqibə qarşı uğurlu çıxış edib, onlara çətin anlar yaşatmaq istəyirik. Hədəfimiz əvvəlki matçlarda olduğu kimi, bu dəfə də qələbə qazanmaq olacaq”.

O, səfərdə oynamağın onlara çətinlik törədəcəyini gizlətməyib: “Səfərdə oynamaq həmişə çətindir. Sabah azarkeşlər də rəqibi dəstəkləyəcəklər. Düşünmürəm ki, bu bizim üçün problem olacaq. Həm yaxşı atmosferi, həm də bunun gətirəcəyi çətinliyi səbirsizliklə gözləyirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp