Julen Lopeteqi Ingiltərədə işləmək istəyir. İspan mütəxəssis Premyer Liqadan təklif alana qədər gözləmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, 57 yaşlı çalışdırıcı “Vulverhempton”dan ayrılandan bəri işsizdir. Cari mövsümün əvvəlində klub rəhbərliyinin transfer siyasətinə etiraz etdiyi üçün postu ilə vdalaşan Lopeteqi buradakı ilyarımlıq fəaliyyətindən öncə İspaniya yığmasında, “Portu”, “Real” və “Sevilya”da çalışıb.

İspan çalışdırıcı məhz daha ciddi çempionatda işləmək üçün yaxınlarda Səudiyyə Ərəbistanından gələn təklifi də rədd edib. Belə ki, Nunu Espirito Santosu istefaya göndərən “Əl İttihad” Lopeteqiyə rəsmi təklif göndərsə də, imtina cavabı alıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp