Azərbaycan millisinin kapitanı Emin Mahmudov AÇ-2024-ün seçmə mərhələsində İsveçlə sabah keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi azarkeşləri məmnun edəcək oyun sərgiləmək istədiklərini bildirib: “Yaxşı komandaya qarşı oynayacağıq. Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək. Hər matçda qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq”.

O, səfərdəki məğlubiyyətinin əvəzini çıxmaq istədiklərini bildirib: “İsveçdəki məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. Ağır məğlubiyyət oldu. Bunu əvəzini çıxmağa çalışacağıq. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp