“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Bayer”in futbolçuları qitə nəhənglərinin hədəfindədir. Az qala hər gün müxtəlf futbolçular haqda hansısa yeni xəbər eşidirik.

Futbolinfo.az xəbər verir ki, 4-cü turda Bakıda baş tutan oyunda komandasının yeganə qolunu vuran (1:0) Viktor Bonifase də maraq dairəsində olan oyunçulardandır. Onunla həm digər Bundesliqa nəhəngləri, həm də İngiltərə və İspaniya klubları maraqlanır.

22 yaşlı nigeriyalı ardıcıl 3 ay (avqust, sentyabr, oktyabr) Bundesliqada mövsümün ən yaxşı debütantı mükafatını qazanmaqla ona marağın əbəs olmadığını göstərib. Yayda “Union Berlin”dən 20 milyon avroya transfer edilən və 5 illik müqavilə bağlayan Bonifasenin bazar dəyəri iki dəfə artıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp