Rafinya tezliklə İngiltərəyə qayıdacaq. “Barselona”da ümidləri doğrultmayan braziliyalı Premyer Liqaya dönmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, İspaniya nəhəngi cinah hücumçusunun oyunundan məmnun deyil. Bu səbəbdən mövsüm bitən kimi futbolçu ilə yollar ayrılacaq. “Çelsi” və “Nyukasl”ın maraq göstədiyi Rafinya yayadək seçimini etməlidir.
“Barselona” 2022-ci ilin yayında brazilyalı üçün “Lids”ə 58 milyon avro ödəmişdi. 26 yaşlı oyunçunun 2027-ci ilin yayınadək müqaviləsi var.