“Turan Tovuz”un U-10 komandası Gəncə şəhərində Azərbaycan Respublikasının əməkdar futbol məşqçisi Konstantin Abramenkonun 100 illik yubileyinə həsr olunmuş turnirin qalibi olub.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda ilk oyunda Gəncə təmsilçisi “Lokomotiv” üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
Finalda isə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən Tovuz klubunun U-10 komandası turnirin baş mükafatına sahib olub.