“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 5-ci matçında Türkiyə klubu “Baxçaşəhər”in qonağı olub.
İstanbulda yerləşən Ülkər İdman Zalında təşkil olunan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 99:80.
“Sabah” hazırda 6 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb.