Formula 1 üzrə Las-Veqas qran-prisinin sərbəst yürüşlərini başladıqdan 10 dəqiqə sonra dayandırmaq məcburiyyətində qalıblar.
Texniki problemlərlə üzləşən “Ferrari” sürücüsü Karlos Sayns bolidini trasda dayandırıb. Sessiyanı dayandırdıqdan sonra pilot kokpiti tərk edib. İspan pilotun maşınında motor sönüb.
Lakin daha ciddi yoxlanışdan sonra hadisənin nəyə görə baş verdiyi üzə çıxıb. Məlumata görə, trasdakı kanalizasiya qapaqlarından biri düzgün bərkidilmədiyindən maşına xəsarət dəyib. Bu da bolidin sıradan çıxmasıyla nəticələnib.
Xatırladaq ki, Formula 1 tarixində son belə hadisə 2017-ci ildə Bakıda baş vermişdi.