Rafael Nadal tezliklə korta nə vaxt dönəcəyini elan edəcək. İspaniyalı tennisçi artıq zədədən qurtulub və məşq edir.
“Dünən geri dönəcəyimi təsdiq etdim. Xəbərləri izləyin. Tezliklə nə vaxt və harada oynayacağımı bildirəcəyik. Komandamla qərar qəbul etdikdən sonra hər şey bəyan ediləcək”, – deyə Nadal məşqdən paylaşdığı şəklin altında yazıb.
Xatırladaq ki, “Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi Avstraliyada aldığı zədədən sonra tennis oynamayıb. İspan əməliyyat olunduqdan sonra bir müddət əvvəl məşqlərə başlayıb.