“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisində növbəti oyunlarına çıxıblar.

Futbolinfo.az xəbər verir ki, onlar AÇ-2024-ün seçmə mərhələsində doğma meydanda Litvaya qarşı matçda iştirak ediblər.

Görüş Monteneqronun 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın üzvləri də bu görüşdə iştirak edib. Hər iki oyunçu matçda start heyətdə başlayıb. Veşoviç sonadək meydanda qalıb, Yankoviç isə 79-cu dəqiqədə əvəzlənib.

7 turdan sonra 11 xal toplayan Monteneqro qrupda 3-cü pillədə qərarlaşıb.

Shares: