“Yuventus” tezliklə yeni müqavilə bağlayacaq. Turinlilər əsas müdafiəçilərindən olanQleyson Bremerlə anlaşmanın müddətini uzadacaq.
Futbolinfo.az xəbər verir ki, brazilyalı oyunçu çoxsaylı dəvətlərə rəğmən, iş yerini dəyişməyəcək. Mərkəz müdafiəçisi 2028-ci ilin yayınadək “Yuventus”da qalmağa qərar verib. Tərəflər yeni müqavilənin bütün detallarını razılaşdırıb, yaxım günlərdə rəsmi imzalanma reallaşacaq.
2022-ci ildə 4 il oynadığı “Torino”nu “Yuventus”a dəyişən Bremerin hazırkı müqaviləsi 2027-ci ildə bitəcəkdi. Onun maaşı da ciddi şəkildə artırılacaq.