Çili millisinin baş məşqçisi Eduardo Berisso tutduğu vəzifədən istefa verib. Argentinalı mütəxəssis bu haqda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvayla 0:0 hesablı heç-heçədən sonra mətbuat konfransında məlumat verib.
Futbolinfo.az xəbər verir ki, Çili millisi 5 oyundan sonra 5 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Berisso 2022-ci ilin mayından Çili millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 16 oyun keçirib, 4 dəfə qalib gəlib, 5 heç-heçə edib və 7 dəfə də məğlub olub.