“Real” ardıcıl bəd xəbərlər alır. Madridlilərin milli komandalara göndərdiyi futbolçulardan ikisi geri zədəli qayıdacaq.
Futbolinfo.az xəbər verir ki, Eduardo Kamavinqa Fransa millisinin məşqi zamanı sıradan çıxıb. Usman Dembele ilə toqquşmada xəsarət alan yarımmüdafiəçinin yanvara kimi oynamayacağı dəqiqləşib. Futbolçu artıq yığmanın düşərgəsini də tərk edib.
“Real”ın digər üzvü isə Kolumbiya – Braziliya matçında xəsarət alıb. Qonaqların hücumçusu matçın 27-ci dəqiqəsində zədələnib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu haqda hələlik açıqlama verilmir.