Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Bayer” bu mövsüm “qızıl dubl” arzusundadır.
Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bunu Leverkuzen klubunun baş məşqçisi Xabi Alonso deyib.
Lakin ispaniyalı mütəxəssis bunun çox çətin olacağını da etiraf edib: “Əlbəttə ki, qatıldığımız turnirlərin qalibi olmaq istəyirik. Həm Bundesliqada, həm də Avropa Liqasında işlərimiz yolunda edir. Amma titul barədə danışmaq üçün hələ tezdir. Məsələ burasındadır ki, eyni tempi sona qədər davam etdirə biləcəyikmi? Titul qazanmaq üçün uzun müddət uğurlu çıxış etməlisən”.
Qeyd edək ki, “Bayer” Avropa Liqasının H qrupunda 4 turdan sonra 12 xalla liderdir. İkinci pillədəki “Qarabağ”ın isə aktivində 6 xal var.