Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen yığmanın düşərgəsini tərk edib. Bu barədə Bundestimin baş məşqçisi Yulian Naqelsmann danışıb.
Futbolinfo.az xəbər verir ki, o, qolkiperin belindəki rahatsızlıq səbəbindən düşərgədən ayrıldığını qeyd edib: “Mark-Andre ter Ştegen belində kəskin ağrılar hiss etdiyi üçün millinin hər iki oyununu buraxacaq. Sabah o, yenidən Barselonaya uçacaq. Ümid edirəm ki, tezliklə sağalacaq və komandasının bir hissəsi kimi meydana qayıdacaq”.
Xatırladaq ki, noyabrda Almaniya millisi 2 yoldaşlıq oyunu keçirəcək. Sabah Naqelsmannın komandası Türkiyə yığması ilə qarşılaşacaq. Noyabrın 21-də isə rəqib Avstriya olacaq.