“İnter”in müdafiəçisi Alessandro Bastoni millinin düşərgəsində zədələnib. O, İtaliya yığmasının məşqi zamanı sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, cinah oyunçusu bu səbəbdən Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya və Ukraynaya qarşı matçları buraxacaq. Bastoni ən yaxşı halda dekabrın əvvəli meydanda ola biləcək.
Ona görə də Alessandro A seriyasında “Yuventus” – “İnter” matçında iştirak edə bilməyəcək. Bu oyun noyabrın 26-da keçiriləcək.