Bu gün Avro-2024-ün seçmə mərhələsində 9-cu turun növbəti oyunları keçirilib. C, E və H qruplarında ümumilikdə 7 görüş keçirilib.

Artıq növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmiş İngiltərə Maltanı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. İtaliya isə Şimali Makedoniyanı 5:2 hesabı ilə məğlub edib.

E qrupunun lideri Albaniya Moldova ilə 1:1 hesablı bərabərə qalıb və 14 xalla Avro-2024-ə vəsiqə qazanıb. H qrupunda isə Danimarka Sloveniyaya 2:1 hesabı ilə qalib gələrək Almaniyaya getmək hüququ əldə edib.

Avro-2024, seçmə mərhələ, 9-cu tur

C qrupu

İngiltərə – Malta 2:0

Qollar: Pepe, 8-avtoqol. Keyn, 75.

İtaliya – Şimali Makedoniya 5:2

Qollar: Darmian, 17. Kyeza, 41; 45+3. Raspadori, 81. Əl Şaaravi, 90+4 – Atanasov, 52; 74.

Xal: İngiltərə – 19, Ukrayna – 13, İtaliya – 13, Şimali Makedoniya – 7, Malta – 0.

E qrupu

Moldova – Albaniya 1:1

Qollar:  Baboqlo, 87 – Çikalleşi, 25.

Polşa – Çexiya 1:1

Qollar: Piotrovski, 38 – Souçek, 49.

Xal: Albaniya – 14, Çexiya – 12, Polşa – 11, Moldova – 10, Farer adaları – 1.

H qrupu

Qazaxıstan – San Marino 3:1

Qollar: Çesnokov, 19; 51. Aymbetov, 90+2-pen. – Frankiosi, 60 .

Finlandiya – Şimali İrlandiya 4:0

Qollar: Pojanpalo, 42, Hakans, 48. Pukki, 74. Lod, 88.

Danimarka – Sloveniya 2:1

Qollar: Yoakim, 26, Delaney, 54 – Yanza, 30.

Xal: Danimarka – 22, Sloveniya – 19, Qazaxıstan – 18, Finlandiya – 15, Şimali İrlandiya – 6, San Marino – 0.

Shares: