Ümidimiz Qazaxıstan millisinə qalıb. Yığmamız Avro-2024-ün seçmə mərhələsində F qrupunda 7 xalla 4-cü sırada olduğundan final mərhələsinə vəsiqə şansını əldən verib. Lakin məhz qazaxların sayəsində yenidən şansımız yarana bilər.
Bunun üçün H qrupunda Qazaxıstan seçməsinin qrupu ikinci sırada bitirməyi lazımdır. Belə ki, qazaxlar turnirdən əsas mərhələyə vəsiqə qazansa, Azərbaycan yığması Millətlər Liqasının C Liqasında pley-ofda oynamaq hüququ əldə edəcək.
Millinin buradakı rəqibləri isə Gürcüstan, Yunanıstan və Lüksemburq olacaq. Azərbaycan yığması 4 komanda arasında keçiriləcəkl pley-off oyunlarını qalib bitirsə, Avro-2024-ə vəsiqə əldə edəcək.
Qazaxıstan seçmə mərhələnin son turunda noyabrın 20-də Sloveniya ilə qarşılaşacaq. Həmin matçda meydan sahibi olacaq Sloveniyaya heç-heçə də kifayət edirsə, Qazaxıstan mütləq qalib gəlməlidir.