Ağcabədi rayonunda “Milli Dirçəliş Günü”nə həsr olunan turnir keçirilib. Məktəbli qızlar arasında voleybol yarışı maraqlı alınıb.
Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyin idman zalında baş tutan birincilildə 7 komanda qalib adı uğrunda mübarizə aparıb. Yekun nəticələrinə əsasən M.Əsədov adına şəhər 5 saylı tam orta məktəbin komandası I yerə, C.İbarhimov adına şəhər 8 saylı tam orta məktəbin komandası II yerə, Ş.Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Müvafiq olaraq I, II və III yerləri tutan komandalara Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.