“Neftçi” ilə Rusiyanın “Zenit” klubları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib. Qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabarov olacaq.

Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Oyunun VAR hakimləri Rəşad Əhmədov və Pərvin Talıbov olacaq.

Matç “Neftçi Arenada” baş tutacaq və 21:00-da start götürəcək.

Shares: