“Neftçi”nin baş məşqçisi Adrian Mutu bu gün Rusiya “Zenit”inə qarşı keçirəcəkləri yoxlama oyunu haqqında danışıb.
Futbolinfo.az xəbər verir ki, mütəxəssis “Neftçi TV”yə açıqlamasında yoxlama görüşü keçirməklərində əsas məqsədlərinin Premyer Liqanın növbəti turunun “Araz-Naxçıvan”la matçına hazırlaşmaq olduğunu bildirib: “Hazırlıqlar yaxşı keçdi, bizi “Zenit”lə çətin oyun gözləyir. Çalışacağıq ki, az oynayan futbolçulara daha çox şans verək. Bu görüşün əsas məqsədi Premyer Liqanın növbəti turunda “Araz-Naxçıvan”la oyuna yaxşı hazırlaşmaqdır. Milli komandalarda bəzi futbolçular zədəlidir. Bizim üçün çətin vəziyyətdir. Amma biz bunun öhdəsindən gəlməyə çalışacağıq və zədəlilərin sağalmasını gözləyəcəyik. “Araz-Naxçıvan”la oyuna tam heyətlə yanaşmaq istəyərdim”.
O, Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələsində İsveçə böyük hesabla qalib gəlməsinə (3:0) və futbolçusu Emin Mahmudovun bu oyunda dubl etməsinə də toxunub: “Azərbaycan millisinin İsveçlə oyununa baxdım, çünki orada futbolçularım oynayır. Emin, Höcət və Eddini izlədim. Ümumiyyətlə, hər şey yaxşı idi. Emin Mahmudovun qollarına görə sevindim. Ümid edirəm ki, o, “Neftçi” üçün də qol vurmağa başlayacaq”.
Qeyd edək ki, “Neftçi” – “Zenit” görüşü bu gün saat 21:00-da başlayacaq.