Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko Azərbaycan millisi ilə AÇ-2024-ün seçmə oyunu ərəfəsində mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis komandamızı tərifləyib: “Azərbaycan çox ciddi rəqibdir. İsveç kimi güclü komandanı 3:0 hesabı ilə məğlub etdilər. Unutmayaq ki, Bakıda da çətin anlar yaşamışdıq. Start “11-liy”i haqda heç nə deməyəcəyəm, amma bəzi dəyişikliklər olacaq. Onu deyə bilərəm ki, yenilik istəyirik”.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp