“Qrup birincisi olmaq imkanı bizə əlavə motivasiya verir”. Bunu Belçika millisinin futbolçusu Koen Kastels Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı mətbuat konfransında deyib.

31 yaşlı qapıçı 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatına da iddialı yollanacaqlarını bildirib: “Aydındır ki, Avropa çempionu olmaq istəyirsənsə, hamını məğlub etməlisən. Əvvəlcə isə ilkin mərhələdə olan rəqibləri üstələmək lazımdır. Yağışla əlaqədar sabah meydança yaş ola bilər ki, bu da çətinlik yaradır. Üstəlik, dünəndən Avropa çempionatının yeni topları ilə məşq edirik. Yağışda buna öyrəşmək vaxt tələb edir”.

Noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp