Azərbaycan Kubokunda 2023/24-cü illər mövsümünə start verildi. Bu gün I təsnifat mərhələsinin 3 oyunu baş tutdu.
İkinci Liqa təmsilçilərindən “Füzuli” “Lerik”lə, “Qusar” “Şahdağ Qusar”la, “Göygöl” isə “Dinamo” ilə qarşılaşdı. Qusar derbisi penalti seriyasına kimi uzandısa, digər oyunlarda əsas vaxt qalibimüəyyənləşdirmək üçün kifayət etdi.
Azərbaycan kuboku, I təsnifat mərhələsi
Füzuli – Lerik 0:1
Qol: Rəvan Quluzadə, 58.
Qusar – Şahdağ Qusar 0:0, penaltilərlə 4:5
Göygöl – Dinamo 2:1
Qollar: Ziyabil Məmmədov, 75. Vüqar Əşrəfli, 76 – Valeh Seyidov, 90+1.
Mərhələnin daha 4 oyunu sabah və bazar ertəsi reallaşacaq.
14:00. “Ağdaş” – “Cəbrayıl”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov
Ağdaş şəhər stadionu
14:00. “Şəki Siti” – “Kür-Araz”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli
Şəki şəhər stadionu
14:30. “Bakı Sportinq” – “Kürmük Qax”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə
Binə qəsəbə stadionu
20 noyabr (bazar ertəsi)
14:30. “Şəfa” – “Şəmkir”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Binə qəsəbə stadionu