Futbol üzrə Azərbaycan milli komandası səfərdə Belçikaya qarşı keçirəcəyi AÇ-2024-ün seçmə mərhələ oyunundan əvvəl son məşqinə çıxıb.

Futbolinfo.az-ın Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırlıq “Stade Edmond Machtens” stadionunda baş tutub.

Məşqin ilk 15 dəqiqəsi media üçün açıq olub. Hazırlıq prosesində cəzalı olsa da, milli ilə birgə Brüsselə yollanmış Ramil Şeydayev də iştirak edib. Baxmayaraq ki, o, sabah baş tutacaq seçmə mərhələnin son matçında iştirak etməyəcək.

Sabah Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Shares: