19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Lüksemburqda təşkil olunmuş qarşılaşmada Niderland yığması ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub. Millimizin heyətində 86-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib.

U-19 seçmə mərhələdə son oyununu noyabrın 21-də, saat 21:00-da meydan sahibi Lüksemburq yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, U-19 ilk oyununda Bosniya və Herseqovina yığması ilə heç-heçə edib – 0:0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp