Azərbaycan yığması bu gün AÇ-2024-ün seçmə mərhələsində sonuncu matçını keçirəcək.
Futbolinfo.az xəbər verir ki, millimiz səfərdə Beçlika yığmasının qonağı olacaq.
Brüsseldəki “King Baudouin Stadium”da baş tutacaq oyunu Macarıstandan olan FIFA referisi Gerqo Boqar idarə edəcək.
Komandamız bu rəqibinə Bakıda 0:1 hesabıyla uduzmuşdu. Səfər oyunu isə daha çətin olacaq. Çünki meydan sahibləri qələbə qazanmaqla qrup mərhələsini lider kimi bitirməyə çalışacaqlar.
Bu gün yığmamızın qrupunda İsveç – Estoniya oyunu da baş tutacaq.
AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
19 noyabr
21:00. Belçika – Azərbaycan
Baş hakim: Gerqo Boqar (Macarıstan).
Brüssel. “King Baudouin Stadium”.