U-21 yığmamız AVRO-2025-in seçmə mərhələsi çərçivəsində növbəti görüşünü Ukraynaya qarşı keçirəcək.

Futbolinfo.az xəbər verir ki, noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan oyununun hakimləri açıqlanıb. 22:00-da start veriləcək oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim: İrakli Kvirikaşvili

Baş hakimin köməkçiləri: Giorgi Elikaşvili, Davit Chigogidze

Dördüncü hakim: Giorgi Avazaşvili

Shares: