Tennis üzrə yekun turnirin finalçıları məlum olub. İlk yarımfinal qarşılaşmasında Yannik Sinnerlə Daniil Medvedev üz-üzə gəlib.

Yerli publika önündə inamlı çıxışı ilə seçilən Sinner 3 setdə qələbə qazanıb – 6:3, 6:7, 6:1.

Digər yarımfinal qarşılaşması isə daha tez başa çatıb. Dünyanın ilk iki pilləsində duran tennisçilərin oyununda intriqa olmayıb. Serbiyalı Novak Cokoviç Karlos Alkarası 6:3, 6:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, ispan tennisçi keçirdiyi son 6 oyunun 4-də məğlub olub.

İtaliyanın Turin şəhərində keçirilən yekun turnirin final oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Shares: