Sent-Luisdə (ABŞ) sürətli şahmat üzrə “Grand Chess Tour – 2023”-ün dördüncü mərhələsi olan “Louis Rapid & Blitz” yarışı başa çatıb.
Turnirin beşinci günündə idmançılar ikinci dəfə bir raundlu blits oynayıblar. Hər bir şahmatçı doqquz oyun keçirib.
Şənbə günü ən yaxşı nəticəni blitsdə altı yarım xal (beş qələbə, üç heç-heçə və bir məğlubiyyət) toplayan vyetnamlı Le Kuanq Liem göstərib. 6 xal yığan Karuana və 5,5 xalı olan Sevyan ilk üçlüyə daxil olublar. Firuzja və So son yarış günündə 4 xal, Giri, Vaşyer-Laqrav, Syun və Robson hərəyə 3,5 xal toplayıblar.
Beş günün yekununda ABŞ-li Fabiano Karuana 21 xal toplayaraq turnirin qalibi olub. Fransalı Vaşye-Laqrav ikinci yeri tutub (20,5 xal). Üçüncü yeri Yan Nepomnyaşı və Le Kuang Liem (hər biri 20) bölüşdürüb. Amerikalı şahmatçı turnirdə 40 min, fransız 30 min, rus və vyetnamlı isə hərəyə 22,5 min dollar qazanıb.
“Grand Chess Tour”un ümumi turnir cədvəlində, beş turnirdən dördündən sonra Karuana 33 xalla liderdir, Vaşyer-Laqrav (22), Firuzja (21,8), So (19,8). Nepomniachtchi beşinci yeri tutur (19,5).