“Əl İttihad”ın yeni baş məşqçisi açıqlanıb. Gözlənildiyi kimi, Səudiyyə Ərəbistanı klubunun “sükanı” Marselo Qalyardoya tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb. O, bu postda bir müddət əvvəl istefaya göndərilən Nuno Espirito Santonu əvəzləyib.

Qalyardo son olaraq “River Pleyt”i çalışdırıb.

Shares: