Tennisdə təmiz oyunu qoruyan beynəlxalq təşkilat (İTİA) Belçikadakı cinayətkar sindikatla birlikdə çalışan daha beş nəfəri cəzalandırıb.
Xatırladaq ki, həmin sindikat tennisdə danışılmış oyunların təşkili ilə məşğuldur. Bundan əvvəl sindikatın rəhbəri, erməni əsilli Qriqor Sarqsyan 5 illiyinə həbs cəzası almışdı, 7 tennisçi isə ömürlük idmandan uzaqlaşdırılmışdı.
Bu dəfə dərc edilən yeni siyahıda bir neçə tennisçinin adı var. Meksikalı tennisçi Alberto Roxas Maldonado idmandan ömürlük uzaqlaşdırılmaqdan əlavə, 250 min dollar da ödəməli olacaq. Maldonadanın 92 bənd üzrə günahı təsdiq edilib. O, digər tennisçilərin də danışılmış oyunlarda iştirakına cəhd göstərib.
Bu vaxta qədər tennis tarixində yalnız mərakeşli Yunis Rəşidinin ondan artıq günahı olub. Rəşidi 135 bənd üzrə günahkar bilinib.
Ömürlük ban və 75 min dollarlıq cərimə qvatemalalı Kristofer Dias Fiqeroaya da verilib. O, vaxtilə dünya reytinqində 326-cı pillədə olub. Buna qədər Fiqeroa bir dəfə 3 illik cəriməni də çəkib. Meksikalı Xose Antonio Rodriges 12, Antonio Ruis Rosales 10 və Orlando Alkantara Ranxel 2 illiyinə idmandan uzaqlaşdırılıblar.