İtaliya millisinin sabiq hücumçusu Fabio Kvaryarella karyerasını başa vurub. O, 40 yaşında futbolla vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə forvard öz açıqlamasında bildirib.

“Mən peşəkar səviyyədə futbol oynamaq üçün qəbuledilməz şəraitdəyəm” – deyə italiyalı futbolçu bildirib.

Fabio peşəkar karyerası ərzində “Torino”, “Florentina”, “Kyeti”, “Udineze”, “Askoli”, “Sampdoriya”, “Napoli” və “Yuventus”da çıxış edib. Bu klublardan bəzilərində bir neçə dəfə oynayan hücumçunun son klubu bu ilin yayında ayrıldığı “Sampdoriya” olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp