Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində daha 3 oyun baş tutub. İkinci liqa təmsilçilərindan “Cəbrayıl” “Ağdaş”a 2:0,  “Bakı Sportinq” “Kürmük Qax”a 6:0, “Kür-Araz” “Şəki Siti”yə 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinə dünən start verilib və “Lerik”, “Şahdağ Qusar” və “Göygöl” mərhələ adlayıb. 1-ci təsnifat mərhələsinə noyabrın 20-də keçiriləcək bir oyunla (“Şəfa” – “Şəmkir”) yekun vurulacaq.

Azərbaycan kuboku, 1-ci təsnifat mərhələsi

14:00. “Ağdaş” – “Cəbrayıl” 0:2

Qollar: Tapdıq Əhmədov, 116-pen, Elvin Dəmirov, 120+3

14:00. “Şəki Siti” – “Kür-Araz” 1:2

Qollar: Elariz Xəlilli, 51 (0:1), 73 (0:2), Mirabbas Mirbabayev, 82-avtoqol (1:2)

14:30. “Bakı Sportinq” – “Kürmük Qax” 6:0

Qollar: Ülvi Quliyev, 20, Röyal Nəcəfov, Məhəmməd Xəlilov, 38, 45, 89, Vüqar Rəhimov, 56

2-ci təsnifat mərhələsində bu komandalar qarşılaşacaq:

“Şəfa”/”Şəmkir” – “Səbail”

“Zaqatala” – “Şamaxı”

“Turan Tovuz” – “Göygöl”

“Araz-Saatlı” – “İrəvan”

“Kür-Araz” – “Araz-Naxçıvan”

“İmişli” – “Mingəçevir”

“Lerik” – “Sumqayıt”

“Karvan” – “Difai Ağsu”

“Şahdağ Qusar” – “Qaradağ Lökbatan”

“Kəpəz” – “Baku Sportinq”

MOİK – “Cəbrayıl”

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp