Bu gün Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxdı. Canni de Byazinin rəhbərlik etdiyi komanda son turda səfərdə Belçika ilə qarşılaşdı.
Futbolinfo.az xəbər verir ki, Brüsseldəki “Kinq Baudouin” stadionunda keçirilən oyun komandamızın darmadağını ilə bitdi. Romelu Lukakinin 21 dəqiqəyə poker etdiyi matçda rəqib 5:0 hesabı lə qalib gəlib qrup lideri oldu.
Qeyd edək ki, Belçika bu oyunadək Avro-2024-ün seçmə mərhələsinə vəsiqəni təmin etmişdi.
Avro-2024: seçmə mərhələ, 10-cu tur
Belçika – Azərbaycan 5:0
Qollar: Romelu Lukaku, 17; 26; 30; 37. Leandro Trossard, 90.
Qırmızı vərəqə: Eddi İsrafilov, 23.
Belçika: Kun Kastels, Vaut Fas, Yan Vertongen, Timoti Kastan, Artur Teat, Orel Manqala, Aster Vranks, Leandro Trossard, Yohan Bakayoko, Ceremi Doku, Romelu Lukaku (k)
Ehtiyat oyunçular: Kaminski, Sels, Debas, Tilemans, Karrasko, Lyukbakio, Deman, Al-Dahil, Openda, Vermeeren, Salemakers, Baçuayi
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Rahil Məmmədov, Höccət Haqverdi, Toral Bayramov, Aleksey İsayev, Emin Mahmudov (k), Eddi İsrafilov, Renat Dadaşov, Mahir Emreli
Ehtiyat oyunçular: Yusif İmanov, Rəşad Əzizli, Cəlal Hüseynov, Turan Manafov, Coşqun Diniyev, Amin Seydiyev, Elvin Camalov, Ozan Can Kökcü, Qismət Alıyev, Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Musa Qurbanlı
Baş hakim: Georg Boqar (Macarıstan)
Brüssel. “Kinq Baudouin”.