“Renn” baş məşqçisi ilə vidalaşıb. Komandanın Liqa 1-də uğursuz çıxışı rəhbərliyi bu addımı atmağa vadar edib.

Futbolinfo.az xəbər verir ki, “Renn” 12 oyunda cəmi 2 qələbə qazanaraq 12 xal toplayıb. Komandanın 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşması klub rəhbərliyinin səbrini daşırıb. Nəticədə baş məşqçi Bruno Genesio ilə yollar ayrılıb. 57 yaşlı fransız mütəxəssis 2021-ci ilin martından “Renn”ə rəhbərlik edirdi.

Fransa klubu yeni çalışdırıcını da tapıb. Genesionun bu posta əvəz etdiyi Julien Stefan yenidən komandaya qayıdıb. 2012-ci ildə “Renn”in 19 komandasında məşqçi karyerasına başlayan, 3 il B, bir o qədər də əsas komandaya rəhbərlik edən 43 yaşlı çalışdırıcı bir il “Strasburq”da çalışıb.

julien stephan pour succeder a bruno genesio sur le banc du stade rennais - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp