Tennis üzrə ilin yekun turniri başa çatıb. Finalda italiyalı Yannik Sinnerlə serb Novak Cokoviç qarşılaşıb.

Eyni qrupda mübarizəyə başlayan tennisçilərin ilk qarşılaşması Sinnerin qələbəsi ilə bitmişdi. Bu səbəbdən də yerli publika çempionluğa ümidli idi. Ancaq qrupdakı oyundan fərqli olaraq Cokoviç bu dəfə rəqibə şans verməyib.

Hər iki setdə 6:3 hesabı ilə qalib gələn serb tennisçi Turini çempion kimi tərk edir. Bununla da o, karyerasında 7-ci dəfə yekun turnirdə titul qazanmış olur.

Shares: