“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya karyerasında yüksəlişini davam etdirir.

Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını məhz bu ölkədə davam etdirə bilər.

Mövsümün əvvəlində “Neftçi”dən ayrılaraq Serbiya klubu “Partizan”a keçən braziliyalı forvardın çıxışı Fransa Liqa 1-də çıxış edən 2 komandanın diqqətini çəkib. Artıq “Lill” və “Tuluza” Saldanyanı qış transfer pəncərəsində heyətinə qatmaq fikrinə düşüb. Adıçəkilən komandalar hətta bunun üçün “Partizan”la danışıqlara da başlayıb.

Qeyd edək ki, Saldanya bu mövsüm “Partizan”ın heyətində keçirdiyi 19 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp