Avropa çempionatlarının seçmə mərhələlərində qeydə alınan ən böyükhesablı nəticələr açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, iki gün əvvəl Fransa millisi Cəbəllütariqi 14:0 hesabı ilə məğlub edərək, rekordu ələ keçirib.

Araşdırma zamanı 9 və daha böyük fərqlə qeydə alınan nəticələr nəzərə alınıb. İndiyə qədər 11 dəfə belə hal yaşanıb ki, bunun 5-də San Marino rəqiblərinə bu sevinci yaşadıb.

Siyahıda Azərbaycan yığmasının oyunu da var. Komandamız 1995-ci ildə – AVRO-1996-nın seçmə mərhələsində Oserdə Fransaya 0:10 hesabı ilə uduzub. Bu, Avropa çempionatlarının seçmə mərhələsi tarixinin ən ağır 5-ci məğlubiyyətidir.

Avropa çempionatının seçmə mərhələlərində ən böyük hesablar:

Fransa – Cəbəllütariq 14:0 (2023-cü il, noyabr)

Almaniya – San Marino 13:0 (2006-cı il, sentyabr)

İspaniya – Malta 12:1 (1983-cü il, dekabr)

Niderland – San Marino 11:0 (2011-ci il, sentyabr)

Fransa – Azərbaycan 10:0 (1995-ci il, sentyabr)

İngiltərə – Lüksemburq 9:0 (1982-ci il, dekabr)

İspaniya – Albaniya 9:0 (1990-cı il, dekabr)

İspaniya – Avstriya 9:0 (1999-cu il, mart)

İspaniya – San Marino 9:0 (1999-cu il, iyun)

Rusiya – San Mariono 9:0 (2019-cu il, iyun)

Belçika – San Marino 9:0 (2019-cu il, oktyabr)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp