Avro-2024-ün seçmə mərhələsində sonuncu – X tura start verilib. Bu gün 9 oyunla A, F, G və J qruplarında mübarizəyə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son tur ərəfəsində bu qruplarda İspaniya, Şotlandiya, Avstriya, Belçika, Macarıstan, Portuqaliya və Slovakiya final mərhələsinə vəsiqəni rəsmiləşdirmişdilər. Onlara Serbiya da qoşulub. Draqan Stoykoviçin yetirmələri evdə autsayder Bolqarıstanla heç-heçə edərək, G qrupunu 2-ci pillədə tamamlayıblar.
Azərbaycan millisinin yer aldığı F qrupunda isə Belçika 1-ci, Avstriya isə 2-ci yerlə final mərhələsinə adlayıblar. İsveç Estoniyaya qalib gəlməklə millimizdən 3 xal öndə qərarlaşmağı bacarıb.
Avro-2024: seçmə mərhələ, X tur
A qrupu
Şotlandiya – Norveç 3:3
Qollar: C.Makqin, 13, L.Ostiqard, 33 (avtoqol), S.Armstronq, 59 – A.Donnum, 3, S.Larsen, 20, M.Elyunussi, 86.
İspaniya – Gürcüstan 3:1
Qollar: L.Norman, 4, F.Torres, 55, L.Loxoşvili, 72 (avtoqol) – X.Kvaratsxeliya, 10.
Xal: İspaniya – 21. Şotlandiya – 17. Norveç – 11. Gürcüstan – 8. Kipr – 0.
F qrupu
Belçika – Azərbaycan 5:0
Qollar: Lukaku, 17, 26, 30, 37, Trossard, 90.
İsveç – Estoniya 2:0
Qollar: V.Klaesson, 22, E.Forsberq, 55.
Xal: Belçika – 20, Avstriya – 19. İsveç – 10. Azərbaycan – 7. Estoniya – 1.
G qrupu
Macarıstan – Monteneqro 3:1
Qollar: D.Soboslai, 66, 68, A.Naqi, 90+3 – S.Rubejiç, 36.
Serbiya – Bolqarıstan 2:2
Qollar: M.Velykoviç, 17, S.Babiç, 82 – Q.Rusev, 59, K.Despodov, 69.
Xal: Macarıstan – 18. Serbiya – 14. Monteneqro – 11. Litva – 6. Bolqarıstan – 3.
J qrupu
Bosniya və Herseqovina – Slovakiya 1:2
Qollar: P.Hrosovski, 49 (avtoqol) – R.Bojenik, 52, L.Satka, 71.
Lixtenşteyn – Lüksemburq 0:1
Qol: G.Rodriqes, 69.
Portuqaliya – İslandiya 2:0
Qollar: B.Fernandes, 37, R.Horta, 66.
Xal: Portuqaliya – 30. Slovakiya – 22. Lüksemburq – 12. Bosniya və Herseqovina – 9. Lixtenşteyn – 0.