“Barselona” Qavini itirib. 19 yaşlı yarımmüdafiəçi mövsümü indidən başa vurub.

Futbolinfo.az xəbər verir ki, oyunçu İspaniya millisinin heyətində Avro-2024-ün seçmə mərhələsində Gürcüstana qarşı dünənki matçda zədələnib və meydanı erkən tərk etmək məcburiyyətində qalıb. Həkimlər çarpaz bağları qopan oyunçunun 6-8 ay müddətində yaşıl meydanlardan kənar qalacağını proqnozlaşdırır.

Qavi 3:1 hesabı ilə ispanların xeyrinə başa xatan matçın 26-cı dəqiqəsində əvəzlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp