Mehdi Benatiya Marsel “Olimpik”ində çalışacaq. Sabiq futbolçu Fransa klubunun idman direktoru təyin olunacaq.
Futbolinfo.az xəbər verir ki, mərakeşli sabiq yarımmüdafiəçi 2021-ci ildə Türkiyənin “Fatih Karagümrük” komandasında karyerasını başa vurub. 36 yaşlı Benatiya indi özünü başqa ampluada sınamaq istəyir. Marseldə yetişən, bir neçə il yerli komandanın şərəfini qoruyan Mehdi ind çətin vəziyyətdə olan “Olimpik”ə yardım etmək niyyətindədir.
Tərəflər razılıq əldə edib və yaxın günlərdə rəsmi açıqlama olmalıdır.
Bir çox klubun formasını geymiş Benatiya “Roma”, “Bayern” və “Yuventus”dakı çıxışı ilə məşhurlaşmışdı.