Avro-2024-ün seçmə mərhələsi başa çatmaq üzrədir. Bu gün daha 3 qrupda mübarizəyə yekun vurulacaq.

Həm C, həm E, həm də H qrupunda finala bərabər bir görüş keçiriləcək. Belə ki, Ukrayna – İtaliya, Çexiya – Moldova və Sloveniya – Qazaxıstan matçlarının nəticələri final mərhələsinə vəsiqə qazanacaq növbəti 3 komandanın adına aydınlıq gətirəcək. Bu cütlərdə Ukrayna, Moldova və Qazaxıstan qitə birinciliyinə yollanmaq üçün mütləq qalib gəlməlidirlər. Əks təqdirdə, onların rəqibləri Almaniyada təşkil olunacaq turnirdə iştirak hüququna yiyələnəcəklər.

Qeyd edək ki, bu qruplarda İngiltərə, Albaniya və Danimarka final mərhələsinə vəsiqəni öncədən rəsmiləşdiriblər.

Avro-2024: seçmə mərhələ, X tur

C qrupu

23:45. Şimali Makedoniya – İngiltərə

23:45. Ukrayna – İtaliya

Xal durumu: İngiltərə – 19, İtaliya – 13, Ukrayna – 13, Şimali Makedoniya – 7, Malta – 0.

E qrupu

23:45. Albaniya – Farer adaları

23:45. Çexiya – Moldova

Xal durumu: Albaniya – 14, Çexiya – 12, Polşa – 11, Moldova – 10, Farer adaları – 1.

H qrupu

23:45. Şimali İrlandiya – Danimarka

23:45. San Marino – Finlandiya

23:45. Sloveniya – Qazaxıstan

Xal durumu: Danimarka – 22, Sloveniya – 19, Qazaxıstan – 18, Finlandiya – 15, Şimali İrlandiya – 6, San Marino – 0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp