Belçika millisinin yarımmüdafiəçisi Ceremi Doku Avro-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirilən son oyunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu 5:0 hesablı qələbə qazanasalar da, qol vura bilmədiyi üçün məyus olduğunu etiraf edib: “Dünya çempionatından əvvəl zədələrlə bağlı çətin bir il keçirmişdim. İndi hər şey başqa cürdür. Transfer oldum, çoxlu oyunlarda iştirak etdim və işlər dəyişdi. Baş məşqçi mənə güvənir. Azərbaycanla matça da ciddi yanaşırdıq. Bunu meydanda da görürdünüz. Romelu Lukaku çox səmərəli idi. İki məhsuldar ötürmə verdim, amma təəssüf ki, qol vura bilmədim. Azarkeşlər adımı uca səslə çəkirdilər. Komandama kömək etmək və qələbə qazanmaq mənim üçün ən vacibi idi”.

Qeyd edək ki, Belçika yığması F qrupunu 20 xalla birinci, Azərbaycan millisi isə 7 xalla dördüncü pillədə tamamlayıb.

Shares: