SSRİ milli komandasının heyətində iki dəfə olimpiya (1972, 1976) çempionu olan Elvira Səədi ömürlük diskvalifikasiya edilib.Bu barədə hüquqşünas Emir Kraun məlumat verib.
Hazırda 71 yaşı olan Səədi qarşıdakı 10 il ərzində Kanada gimnastikasında heç bir sahədə işləyə bilməz. 10 il bitdikdən sonra isə o, yalnız məşqçilərin hazırlığında iştirak edə bilər. Onun idmançıları ünsiyyətinə isə birdəfəlik qadağa qoyulub. Məşqçi, hakim və inzibatçı kimi fəaliyyətləri isə ömürlük qadağan edilib. O, işlədiyi müddətdə idmançılara qarşı zorakı davranışına görə günahkar bilinib.
Qərar Kanada Gimnastika federasiyası tərəfindən qəbul edilib.
Xatırladaq ki, Elvira Fuad qızı Səədi 1952-ci ildə Daşkənddə anadan olub. O, 1991-ci ildən Kanadada yaşayır.