“Liverpul”un keçmiş hücumçusu və hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasında çıxış edən Roberto Firminonun atası dünyasını dəyişib.

Futbolinfo.az xəbər verir ki, o, ailəsi ilə birlikdə Dubayda tətildə olarkən vəfat edib. 62 yaşlı şəxsin ölümünə səbəb infarkt olub.

Qeyd edək ki, Firmino bu il “Əl-Əhli”yə keçib və cari mövsümdə komanda ilə 14 matçda iştirak edib, 3 qol vurub və 3 qolun ötürməsini edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp